ADM - ALMAN DİLİ MƏRKƏZİ
1995-ci ildən Bakı şəhərində fəaliyyət göstərən Alman Dili Mərkəzi alman dilini daha asan və daha qısa zaman ərzində mənimsəməyiniz üçün sizlərə daha mütərəqqi metodlar işləyib hazırlayır. Mərkəzimizdə fəaliyyət göstərən ünsiyyətcil, mehriban, savadli, bacarıqlı, peşəkar müəllim heyəti keyfiyyətli tədrisə zəmanət verir. Əldə edilmiş biliklərin keyfiyyətinin yoxlanılması, nəticələrin müzakirəsi, daha düzgün həll yolu və hər bir tələbəyə uyğun fərdi dərs planının müvafiq olaraq seçilməsi iş keyfiyyətimizi daha da artırır.
Əlavə olaraq onu da bildirmək istərdik ki, işləyən şəxsləri də nəzərə alaraq biz Azərbaycanda yeganə Mərkəzik ki, səhər saat 7:00-dan dərslərimiz başlayır. Biz belə edirik ki, İşləyən insanlar səhər "təmiz başla" dərslərini keçsinlər və buradan bir başa işə yollansınlar.
Alman dilini öyrənməyə bizimlə başlayan gündən etibarən bizim üstünlüklərimizi dərhal hiss edəcək, keyfiyyətimizdən əmin olacaqsınız.
Hörmətlə
ADM-komandası