ALMANİYADA DİL KURSLAR

ALMANİYADA DİL KURSLAR

ALMANİYADA DİL KURSLARINDA U KEÇMƏK İSTƏYƏNLƏRİN NƏZƏRİNƏ!
Əgər siz almaniyada hər hansı dil kursunda iştirak etmək istəyirsinizsə əsas 3 şərt vacibdir. 

1. Etibarlı səyahət pasportu  2. Özünüzün və valideyinlərin razılığı  3. Maddi təminat 

Siz Almaniyada hər hansı bir kursda iştirak edərkən yaşayış yeri olaraq, əsasən, bir ailədə təknəfərlik bir otaq, bu imkan olmadıqda isə   yataqxana təklif edilir. Ailədə qalmaq daha faydalıdır, belə ki, ailədə daimi ünsiyətdə olmaq olur ki, bu da dili mənimsəməni sürətləndirir. 

STANDART  VƏ INTENSIV ALMAN DILI KURSLARI

Bu kurslarda  dərslərin intensivliyi ən azı 20 və ən çoxu 32 saat arasında olur. Bu proqram xaricdə uzun müddət təhsil almaq məqsədi ilə yaşayan tələbələr üçün məsləhət görülür.  Bir dərsin davamı iki akademik saatdır.

 

AILƏ BIRLƏŞMƏSI ÜÇÜN START DEUTSCH  KURSLARI A1,2

Bu dil səviyyəsi heç biliyi olmayan dinləyicilər üçün nəzərdə tutulur. Əri və ya arvadı Almaniyada yaşayan şəxslərin birləşərək Almaniyada yaşamaq istədikləri zaman tələb olunur. Buna isə müvafiq olaraq ailə birləşməsi proqramı deyilir.  Siz bu bilgiyə ən qısa zamanda və yuksək keyfiyyətlə nail ola bilərsiniz.

 

İXTISASA UYĞUN ALMAN DILI KURSLARI    

Hər bir ixtisas, xüsusilə də, tibb ixtisası üzrə Almaniyada təhsil almaq istəyənlər, o cümlədən Facharztstudium, Approbation imtahanlarına hazırlıq məqsədi ilə   müvafiq olaraq dil   kursları   fəaliyyət göstərir.   Əlavə vaxt itkisinə yol verməmək üçün bütün təhsil proqramı sonadək kurs iştirakçılarının ixtisasına uzlaşdılrılır.  Buraya bir çox iztisaslar daxildir.

 TESTDAF // GOETHE ZERTIFIKAT //  TELC  VƏ DSH  TESTLƏRİNƏ  HAZIRLIQ KURSLARI

Bu kurslarda Sizin üçün ən müasir dərsliklər və ən optimal hazırlıq metodları təklif edilir.  Sizə təklif edilən daxili sınaq imtahanları real imtahannlarla tam uzlaşır və bununla da real imtahan zamanı əldə etdiyiniz bilik və təcrübə sayəsində “imtahan qorxusu və həyacanı” yaşamauyacaqsınız.  Bununla da Siz Almaniyada istənilən ali təhsil müəssisəsinə qəbul  üçün lazım olan dil bilgilərini və müvafiq sertifikatı əldə etmiş olacaqsınız. Bilməlisiniz ki, Avropanın bütün alman dilli ölkələrində maqistr və bakalavr təhsili, eləcə də, Studienkolleg-də təhsil almaq istəyənlər üçün uyğun dil bilgiləri haqqında afiq sertifikatlar əsas şərt kimi qoyulur.

 

BIZNES ALMAN DILI KURSLARI

Almaniyada biznes yaratmaq istəyən şəxslər üçün nəzərdə tutulur. Dərslərin intensivliyi Sizin ümumi qaydalar və ya sizin istədiyiniz qrafik üzrə təyin edilir. İşgüzar yazışmalar, görüşlər, hesabatlar hazırlamaq, telefon danışığı və digər vərdişləri qazanmaq istəyirsinizsə bu kurs məhz Sizin üçündür.

PEŞƏKAR TƏRCÜMƏÇILƏR ÜÇÜN  KURSLAR

Bu proqramın məqsədi C1 səviyyəsi ilə başlayan dinləyicilər üçün  6 ay müddətində tərcümənin metod və vasitələrini, yazılı və şifahi tərcümə  vərdişlərini formallaşdırmaqdır. Bu zaman dinləyicilərimiz yazılı, şifahi və sinxron tərcümələr üzrə praktika keçir, eləcə də, “nümunəvi dərslərdə” iştirak edəcəklər