Tel.: (+994 12) 409 03 71   (+99412) 493 46 19,  (+994 51) 809 71 81, (+994 55) 980 86 45,  (+994 50) 538 38 38,  E-Mail: info@deutsch.az 

ALMANİYADA DİL KURSU VƏ TƏHSİLLƏ ƏLAQƏDAR  BİZƏ ZƏNG EDİN!   

 

  ich

    test

      firish                                     

         studium

 

orkhan

 

 

logik

 

unser

 

 

 

 

aida

 

 

 

 

 

DEVİZİMİZ: ZƏİF TƏLƏBƏ OLMUR,

 

                  ZƏİF MÜƏLLİM OLUR!

                                                                                                                                    Bakı Alman Dili Mərkəzi

 

 


 

 

Azərbaycan attestatı ilə  Almaniyada iqtisadiyyat, informatrika, komputer mühəndisliyi və maşınqayırma ixtisasları üzrə ali təhsil imkanları

 

Standart  və intensiv alman dili kursları

Bu kurslarda  dərslərin intensivliyi ən azı 4 və ən çoxu 20 saat arasında olur. İlkin səviyyədən başlayaraq əsasən  4-12 ay müddətinə təşkil olunur. Bu proqram xaricdə uzun təhsil almaq məqsədi ilə yaşayan tələbələr üçün məsləhət görülür.  Bir dərsin davamı iki akademik saatdır. Əsas dər yükü birbaşa kursda, qismən ev tapşırıqları isə evdə yerinə yetirilir.

 

 İxtisasa uyğun alman dili kursları    „Deutsch Medizin

Hər bir ixtisas, xüsusilə də, tibb ixtisası üzrə Almaniyada və ya almandilli ölkələrdən birində təhsil almaq istəyənlər, o cümlədən Facharztstudium, Hospitation , Gastarzt    və ya  Assistenzarzt  proqramlarına müvafiq olaraq təhsil almaq  və ya işləmək istəyənlər üçün  Bakıda ən peşəkar və təcrübəli dil müəllimləri  tərəfindən  "Medizin Deutsch"  proqramı  ilə imtahanlara hazırlıq  kursları   artıq uzun oillərdir ki, fəaliyyət göstərir.   Hər bir ixtisas sahibi olan kurs iştirakçısı  elə təhsilin ilk günlərindən seçdiyi ixtisas üzrə dərslik, material və məlumatlarla təhciz edilir.  Almaniyanın və almandilli digər ölkələrin eyni ixtisas üzrə mütəxəssisləri ilə əlaqələr yaradılması üçün kurs iştirakçısına peşəkar məsləhətlər verilir və praktik köməkliklər göstərilir. Yəni  hər bir kurs iştirakçısının  məsləhətçisi  birbaşa almandilli ölkədə  yaşayan və eyni ixtisaslı peşəkar bir şəxs olur.  Əlavə vaxt itkisinə yol verməmək üçün bütün təhsil proqramı sonadək kurs iştirakçılarının ixtisasına uzlaşdılrılır.  Buraya bir çox iztisaslar, o cümlədə

  • İncəsənət
  • Iqtisadiyyat
  • Hüquq
  • İnformatika  və sair ixtisaslar da daxildir.

 

 

TestDaF TDN 3,4,5 /Goethe Zertifikat A1, A2, B1,B2, C1, C2/  telc A1, A2, B1, B2, C1, C2 DSH 2, 3  imtahanlarına  hazırlıq kursları

Bu kurslarda Sizin üçün ən müasir dərsliklər və ən optimal hazırlıq metodları təklif edilir.  Hər ay pulsuz olaraq keşirilən daxili sınaq imtahanlarında iştirak edə bilərsiniz. Sizə təklif edilən daxili sınaq imtahanları real imtahannlarla tam uzlaşır və bununla da real imtahan zamanı əldə etdiyiniz bilik və təcrübə sayəsində “imtahan qorxusu və həyacanı” yaşamauyacaqsınız.  Bununla da Siz Almaniyada istənilən ali təhsil müəssisəsinə qəbul  üçün lazım olan dil bilgilərini və müvafiq sertifikatı əldə etmiş olacaqsınız. Bilməlisiniz ki, Avropanın bütün alman dilli ölkələrində maqistr və bakalavr təhsili, eləcə də, Studienkolleg-də təhsil almaq istəyənlər üçün bu dərəcələrə yuxarı pillələrinə uyğun dil bilgilərini və müvafiq sertifikatları almaq  əsas şərt kimi qoyulur.

 

Ailə birləşməsi üçün Start Deutsch  kursları A1,2)

Bu dil səviyyəsi heç biliyi olmayan dinləyicilər üçün nəzərdə tutulur. Daha  çox almandilli ölkələrdə dil kursuna getmək istəyənlər və ya əri və ya arvadı Almaniyada yaşayan şəxslərin birləşmərək Almaniyada yaşamaq istədikləri zaman tələb olunur.  Buna isə müvafiq olaraq ailə birləşməsi proqramı deyilir.  Siz bu bilgiyə ən qısa zamanda və yuksək keyfiyyətlə nail ola bilərsiniz. Bu sahədə dərs deyəcək müəllimin ailə birləşməsi proqramı üzrə 10 ildən artıq təcrübəsi vardır.

 

 əllim-repetitorlar  üçün təkmilləşdirmə kursları

Bu proqramın məqsədi alman dili ixtisası üzrə ali  məktəb diplomu olan və ya alman dili üzrə C1 səviyyəsi olan dinləyicilərə  ən qısa zamanda  əldə edilmiş bilik və vərdişlərin daha  optimal üsullarla digər dinləyicilərə çatdırılmasını öyrətməyə nail olmaqdır. Bu zaman Siz uzun müddət pedaqoji və repetitorluq təcrübəsi olan respublika üzrə ən peşəkar müəllimlərin  dərslərində iştirak edəcək, onların məsləhət və treyninqlərindən faydalanacaqsınız.  

 

Biznes alman dili kursları

Almaniyada biznesin yaradılmasının hüquqi və iqtisadi əsaları, bunun üçün lazım ounan sənədlər siyahısı, dil bilgisi və sair bu kurslarımızda Sizə anlaşıqlı və mükəmməl surətdə çatdırılır. Sizinlə məşğul olan təcrübəli müəllim özü Almaniyada BİZNES-KURS keçmiş və həmin kursda iştiraka dair seritifikat almış peşəkar dil müəllimidir. Dərslərin intensivliyi Sizin istəyiniz üzrə təyin edilir. İşgüzar yazışmalar, görüşlər, hesabatlar hazırlamaq, telefon danışığı və digər vərdişləri qazanmaq istəyirsinizsə bu kurs məhz Sizin üçündür.

 

Almaniyada özəl iş sahibləri olan  iş adamları üçün kurslar  

Siz Almaniyada və ya istənilən almandilli ölkələrdə özəl iş açaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirsinizsə bunun üçün lazım olan şərtlərdən biri də müvafiq dil bilgisidir.  Alman dilini bilmədən Siz rəhbəri olduğunuz müəssisənin  sənədləşmə və vergi, sosial təşkilatlarla əlaqə və digər işlərinin necə aparıldığına birbaşa müdaxilə edə bilməyəcəksiniz.  Siz bu kurslarda biznes-dil, idarəşilik, əlaqədar təşkilatlarla yazılı və şifahi ünsiyyət qurğmağı ən qısa zamanda öyrənəcəksiniz.

 

 Peşəkar tərcüməçilər üçün  kurslar

Bu proqramın məqsədi B2 səviyyəsi ilə başlayan dinləyicilərə üçün  3 ay müddətində tərcümənin metod və vasitələrini, yazılı və şifahi tərcümə  vərdişlərini formallaşdırmaqdır. Bu zaman dinləyicilərimiz yazılı, şifahi və sinxron tərcümələr üzrə praktik, eləcə də, “nümunəvi dərslərdə” iştirak edəcəklər.

 

       Dərin hörmətlə
 ZDS-komandası adından
      Mikayıl Əsgərov

Bizimlə telefon əlaqəsi :   saat 7:00-dan 18:00-dək (+99412) 4090371, (+99412) 493 4619, saat 18:00-dan sonra (+99412) 4090371, Mobil:    (051) 809 71 81 (050) 538 38 38

Faydalı linklər: www.baku.diplo.de ||www.uni-assist.de||www.goethe.de||www.daad.de||www.ehrstein.de||www.unitutor.de|| www.steinke-institut.de||www.fuu.de||

© 2013. Bütün hüquqlar qorunur.
www.deutsch.az
Azerbaijan, Baku; Bəşir Səfəroğlu küçəsi 180, "Nizami" kinoteatrı ilə üzbəüz.
Tel.: (+99412) 4934619, (+99451) 8097181, (+99450) 5383838
Site design by WebCity